İranın Azərbaycana səfirinin seçilməsi son mərhələdədir – Bəqai

İranın Azərbaycana səfirinin seçilməsi prosesi yekun mərhələdədir.

Olaylar.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən 36-cı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın Azərbaycana səfirinin seçilməsi ilə əlaqədar lazımi işlər görülüb.

Bəqai bildirib ki, İranla Azərbaycan arasında münasibətlər həmişə dostluq və normal çərçivədə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31