Deputatlarımız İƏT Pİ-nın komitə iclasına qatılıblar- ÖZƏL
10:06 SiyasətMilli Məclisin deputatları İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının plenar iclasına qatılıblar. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov məlumat verib: "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 19-cu plenar iclasında iştirak etmək üçün İndoneziya Respublikasının Nümayəndələr Palatasına gəldik. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynovla birlikdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Ətraf və İqtisadiyyat Komitəsinin İclasında iştirak etdik.
İclasda müsəlman ölkələrində qarşılıqlı investisiya layihələrinin təşviqi, ətraf mühitin qorunması, alternativ enerji mənbələrinin yaradılması, yaşıl enerjinin tətbiqi və digər məsələlər barədə geniş müzakirələr aparıldı".