Yeni geosiyasi reallıq Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb- ÖZƏL

"Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu və ölkəmizin hərbi-siyasi qələbələri ilə formalaşan yeni geosiyasi reallıq Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb". "Olaylar" xəbər verir ki, bunu YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib: "Bu nüfuz bizə istənilən güc mərkəzi ilə bərabərhüquqlu tərəfdaşlıq qurmaq imkanı verir. Dövlət başçısının uğurlu xarici siyasəti, icra olunan iri miqyaslı layihələr, Azərbaycanın strateji mövqeyi və digər mühüm amillər dünya ölkələrinin Azərbaycanla əməkdaşlığı genişləndirmək marağını daha da gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31