Azərbaycan xarici siyasətini ciddi şəkildə şaxələndirir- ÖZƏL
14:07 Siyasət"Azərbaycan son dövrlər öz xarici siyasətini ciddi şəkildə şaxələndirir". "Olaylar" xəbər verir ki, bunu YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib: "Yaxın, Orta Şərq və Asiya istiqamətində hadisələr baş verməkdədir. Region ölkələri ilə ciddi əməkdaşlıq həyata keçiririk. Bunlardan da biri Vyetnamdır. 2025-ci ilin may ayının 7- də Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri Azərbaycanla münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında keçirilmiş görüşdən sonra mətbuata verilmiş bəyanat, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bu bəyanat, həmçinin Azərbaycan diplomatiyasının Asiya istiqamətindəki strateji baxışlarını və çoxtərəfli əməkdaşlıq kursunu bir daha təsdiq etdi".