Ağdam Muğam Mərkəzinin açılışı əlamətdar hadisə oldu- ÖZƏL
13 May 2025 13:27 SiyasətPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam Muğam Mərkəzinin açılışını etməsi əlamətdar hadisə oldu. Bu Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri" siyahısına salınıb. Prezident İlham Əliyevdə Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında bu tədbirin mayın 10-da keçirilməsinin, rəmzi məna daşıdığını diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyevin doğum günündə belə bir hadisənin baş verməsinin qürurverici tarixi olduğu bir daha qeyd edilib".