Çin prezidenti Rusiyanı danışıqlara razı salıb- ÖZƏL
12:21 Siyasət"Vladimir Putinin Moskvada təşkil olunan paraddan sonra Ukrayna ilə danışıqlara başlamağa hazır olduğunu vurğulaması əsasən Kremldə Çin prezidenti Si Cpinlə 7 saatlıq görüşünün nəticəsidir. Yeddi saatlıq danışıqlarından ÇİN XİN yaydığı açıqlamada Si Spinin Vladimir Putindən Ukrayna ilə bağlı ədalətli sülhün əldə edilməsi üçün danışıqlara başlamağı istədiyini qeyd etmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Rusiya prezidentinin Ukrayna ilə bağlı mövqeyinin dəyişməsində Çinin əhəmiyyətli şəkildə təsiri olub. Yeddi saatlıq görüşdə Rusiya -Ukrayna müharibəsi və onun detalları kifayət qədər müzakirə olunub. Artıq Çin müharibənin davam etdirilməsində maraqlı deyil. Çünki mart və aprel aylarında ABŞ və Rusiya arasında aparılan danışıqlarda Çin Ukrayna ilə bağlı praqmatik açıqlama vermişdi.
Görünür, Çin sədri Vladimir Putinin bu müharibədə Qərb qarşısında qalib gəlməyəcəyini, proseslər inkişaf etdikcə Çinin də Rusiyaya görə sanksiyalara məruz qaldığını diqqətinə çatdırıb. Bunun müqabilində Çinin Rusiya ilə ticari və digər sahələrdə əməkdaşlığı aşağı salınacağını diqqətinə çatdırıb. Çinlə Rusiya arasında neft -qaz sahəsi və hərbi -texniki əməkdaşlıq yüksək səviyyədədir. Çin əməkdaşlığı kəsərsə, Rusiya iqtisadiyyatı çökər. Qeyd edim ki, ABŞ Çinə tətbiq etdiyi gömrük rüsumlarını əhəmiyyətli şəkildə azaldıb. Çin sədri və V. Putinlə görüşdən sonra bu qərarın verilməsi təsadüfi deyil. Görünür, Donald Tramp Çin sədri ilə sövdələşmə əldə edib. Çin Rusiyaya təzyiq etməli və Vaşinqton tarifləri aşağı salmalıdır".