Deputatlarımız Lüksemburqa səfər ediblər
10:33 SiyasətMilli Məclisin Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nigar Məmmədova və İşçi Qrupun üzvü, millət vəkili Elçin Mirzəbəyli Lüksemburqa səfər edib.
"Olaylar" xəbər verir ki, səfər çərçivəsində bu ölkənin Deputatlar Palatasında Demokratik siyasi qrupun rəhbəri Jil Baum, Xarici və Avropa İşləri, Əməkdaşlıq, Xarici Ticarət və Böyük Region üzrə Komitəsinin sədri, Demokratik siyasi qrupun üzvü Qusti Qraas, Lüksemburqun Xarici və Avropa İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru Veronik Dokendorf, Lüksemburq Deputatlar Palatasının Ətraf Mühit, İqlim və Biomüxtəliflik üzrə Komitəsinin sədri, Sosial - xristian siyasi qrupun üzvü Pol Qal, eləcə də Lüksemburqun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alen De Müzerlə görüş keçirilib, görüşlərdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində səmərəli müzakirələr aparılıb. Görüşlərdə Azərbaycanın Belçika Krallığındakı səfiri Vaqif Sadıqov da iştirak edib.