Pezeşkianın Azərbaycana səfəri nə vəd edir?
08:00 Siyasətİran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana səfəri gözlənilir. Bunun
M.Pezeşkianın İran Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri olacağını nəzərə alsaq, səfərin ölkələrimiz üçün hansı əhəmiyyətə malik olacağı maraq doğurur. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevral ayında İrana səfəri zamanı Məsud Pezeşkianla görüşüb. H.Hacıyev görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəsinə səfərə dəvətini İran Prezidentinə çatdırıb. İran Prezidenti Məsud Pezeşkian da öz növbəsində Tehran və Bakı arasında ümumi məsələlərə yekun olaraq baxılması üçün keçirilən koordinasiya iclasında iki ölkə arasındakı münasibətlərdə bəzi anlaşılmazlıqların və problemlərin həlli ilə bağlı dəqiqləşdirmələrə toxunub: "İki ölkə və iki xalq arasında qarşılıqlı fəaliyyət sahələri və imkanları çox geniş, dərin və rəngarəngdir, Bakı ilə Tehran arasında mövcud münasibətlərin bərpası prosesinin davam etdirilməsi ilə biz bu imkanların çiçəklənməsinin və qısa müddətdə münasibətlərin və əməkdaşlığın səviyyəsinin sürətlə, ciddi şəkildə yüksəlməsinin şahidi olacağıq". Sadalanan faktlara istinad etsək, nəzəri baxımından İran prezidentinin Azərbaycana səfərini müsbət hal kimi dəyərləndirmək mümkündür. Etiraf edilməlidir ki, Məsud Pezeşkian prezidenntlik kürsünə yiyələndikdən sonra Azərbaycan-İran münasibətlərində müəyyəm qədər istiləşmə nəzərə çarpır. Ancaq hələlik mövcud münasibətlərin dost, müttəfiq, yaxud tərəfdaş səviyyəsinə çatdırılmasından danışmaq sadəlövlük olardı. İran müsəlman ölkəsi olmasına baxmayaraq Azərbaycanın milli və dövlət maraqlarına dəstək baxımından lazımi addım atmayıb. Xüsusən, işğalçı dövlət olan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayanda rəsmi Tehran 30 il ərzində İrəvanın mövqeyini dəstəkləyib. İran dəflərlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Ermənistanla münaqişənin beynəlxalq hüquq prinsipi əsasında həllinin tərəfdarıdır olduğunu bəyan etsə də əməldə daim İrəvanın maraqlarını müdafiə edib. Müharibədən sonrakı dövrdə də Ermənistana hərtərəfli yardım göstərən İran Azərbaycanın maraqlarına qarşı çıxıb. Lakin bütün sadalananlara baxmayaraq, Azərbaycan-İran münasibətlərində irəliyə doğru müsbət addımların atılmaqda olduğunu inkar etmək ədalətsizlik olardı. Odur ki, İran-Azərbaycan münasibətlərinin hazırki durumu dövlətlərarası əlaqələrin müyyən dərəcədə olsa da inkişafına ümid yaradır.
Məlum olduğu kimi Azərbaycan dövləti regional və qonşu ölkələrlə əməkdaşlıqda maraqlıdır. Hesab edilir ki, qonşu dövlətlərlə əlaqələrin inkişafı regionda ədalətli sülhü və etibarlı təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaya bilər. Bu səbəbdən də region dövlətlərlə çoxtərəfli əməkdaşlığın təmin olunması məqsədilə ən müxtəlif təşəbbüslərlə çıxış edir. Elə bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı aparılan danışıqlar, müzakirə olunan məsələlər fikrimizi bir daha təsdiq etmiş olur. Etiraf edək ki, səfər çərçivəsində
əldə olunan nəticələr iki qonşu dövlətin qarşılıqlı münasibətlərinin gələcək perspektivli baxımından böyük önəm daşıyır. Bu baxımdan, hesab etmək olar ki, İran prezidentinin Azərbaycana səfəri, Prezident İlham Əliyevin İrana səfərində əldə olunmuş nəticələrin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Sirr deyil ki, Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni bir mərhələnin əsasını qoyub. Bu, iki dövlət arasında müəyyən anlaşılmaz məsələlərlə bağlı ortaq məxrəcin tapılması üçün baza rolunu oynaya bilər.
İranın nüvə proqramına görə beynəlxalq sanksiyalara məruz qalması onun iqtisadi dayanıqlığına əməlli-başlı zərbə vurub. Tramp administrasiyasının sərt tələbləri bu ölkənin beynəlxalq əlaqələrinin qarısında baryerə çevrilib. Belə halda Tehranın Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasında vasitəçilik missiyasını təklf etməsi təsadüfi deyil. İran bununla həm Erməistan üzərində dominantlığını saxlamaq, həm də Azərbaycan vasitəsilə Türkiyə ilə münasibətlərin yumuşaldılmasına ümid edir. Heç şübhəsiz ki, Rusiyanın başının Ukrayna ilə müharibəyə qarşığdığından yaralanmağa çalışan İran Ermənisatn üzərində boşluğu doldurmaq istəyindədir. Başqa sözlə, Bakı-İrəvan sülh sazişi mətninin razılaşdırılması və Ermənistanın Türkiyə ilə münasibətlərinin isti mərhələyə keçidi İranı regionda yarana biləcək situasiyalara hazırlıqlı olmağa məcbur edir. Belə məlum olur ki, İran vaxtilə bizə dost, özünə düşmən hesab etdiyi qüvvələrlə münasibətləri bərpa etmək siyasətini ortaya qoyub.İran düşünür ki, Azərbayacan Qərblə İran arasındakı münasibətlərin yaxşılaçması üçün vasitəçi ola bilər. Bütün bu aspektlərdə İran prezidentinin Azərbaycan səfərini əlamətdar hesab etmək olar.
Həmçinin İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində iqtisadi-ticarət sahəsində, eyni zamanda siyasi dialoq sferasında və təhlükəsizlik istiqamətində çox vacib məsələlərin müzakirə olunacağı istisna edilmir. Güman ki, İran bu müzakirələrlə Qərb dünyası ilə müəyyən problemlərini həll edərək sanskiyaların yaratdığı ictimai-siyasi və iqtisadi böhrandan çıxmağa cəhd edəcək. İranın Qərb dünyasına açılması üçün, xüsusilə dünya bazarına çıxışı üçün Azərbaycanın misilsiz rolunun olduğu gün kimi aydındır. Elə bu səbəbdən də İran Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir. Nəzərə alaq ki, Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq layihələr Tehranın da maraq dairəsindədir.
Nurlan