Aİ-Azərbaycan tərəfdaşlığı gələcəkdə daha məhsuldar ola bilər - Ceyhun Bayramov
13:44 SiyasətAİ ilə Azərbaycan arasında tərəfdaşlıq gələcəkdə daha məhsuldar ola bilər.
Bunu bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə birgə mətbuat konfransı zamanı deyib.
"Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il Aİ ilə ticarət dövriyyəsi təxminən 20 milyard ABŞ dolları təşkil edib.
Son illər bu əməkdaşlıq prosesində müəyyən durğunluq yaranıb. Azərbaycan-Avropa İttifaqı sazişi layihəsində qalan açıq məsələlərin yekunlaşdırılması üçün hər iki tərəfin yaxın aylarda əməli addımlar atması razılaşdırılıb", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31