Ukrayna müharibəsi Qərbin dərin böhranını üzə çıxardı - ÖZƏL
13:47 DünyaUkrayna ətrafında baş verənlər Qərbin, xüsusilə də ABŞ-nin dərin daxili böhranda olduğunu göstərdi. Bu fikirləri tanınmış fransız tarixçisi Emmanuel Todd "Mejdunarodnaya jizn" jurnalına verdiyi müsahibəsində bildirib.
Todd qeyd edib ki, Ukrayna müharibəsi Avropa üçün müəyyən mənada süni xarakter daşıyır:
"Bu müharibə, əsasən, NATO-nun, yəni ABŞ-nin Ukraynadakı fəaliyyətlərinin nəticəsidir. Bu fəaliyyətlər Rusiya tərəfindən müdafiə xarakterli hərbi əməliyyatın başlanmasına səbəb oldu. Əgər Avropanı Amerika təsirindən azad təsəvvür etsək, dünya nizamını daha aydın şəkildə görə bilərik."
Ekspertin fikrincə, əsas problem Rusiyanın qələbəsində deyil, Qərbin məğlubiyyətindədir.
"Qərbin və qismən ABŞ-nin problemi ondan ibarətdir ki, bu, onun daxili böhranıdır. Biz hazırda Amerikanın süqutunu, iqtisadiyyatının zəifləməsini, mədəniyyətinin güc itirməsini müşahidə edirik. Bu isə ABŞ-i sabitliyin deyil, qeyri-sabitliyin mərkəzinə çevirir," - deyə Todd vurğulayıb.
Fransız mütəxəssisin fikirləri beynəlxalq siyasətdə gedən proseslərin təkcə geosiyasi deyil, həm də mədəni və iqtisadi aspektlərini nəzərə almağın vacibliyini bir daha gündəmə gətirir.