Paris Ermənistandan alət kimi istifadə edir
18 Aprel 2025 14:30 Siyasətİqtisadi resursları tamamilə tükənən Qərb dövlətləri maliyyə axtarışına çıxıblar. Yürüdülən müstəmləkəçilik siyasətindən əl çəkməyən Avropa dövlətləi yeni əraziləri təsirləri altına salmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Şirnikləşdirici təkliflərdən tutmuş müharibə hədələri kimi təsir müxanizmlərini işə salan Avropa yeni münaqişə ocalqlarının yaradılmasından belə çəkinmirlər. Müstəmləkəsi altında saxladığı Dənizaşırı ölkələrindən sərt təpki görən Fransa indi də Mərkəzi Asiya ölkələrinə nüfuz etməyə çalışır. Bu il ərzində Fransa prezidentinin Mərkəzi Asiyaya səfərini təsadüfi hesab etmək sadəlövlük olardı. Yeri gəlmişkən xatırladaq ki, bir müddət əvvəl, Özbəkistan prezidenti Fransada səfərdə oldu. Artıq Avropa İttifaqı da regiona siyasi və iqtisadi maraqlarının təmin edilməsi istiqamətində yeni strategiya ortaya qoyub. Fransa regionun uran ehtiyatlarina çıxış əldə etməyə çalışır. Afrikadan çıxan Fransa Mərkəzi Asiyada geosiyasi mövqelərini gücləndirir. Paralel olaraq Fransa Mərkəzi Asiyanın təbii sərvətlərini işlənməsi və Avropaya daşınmasıni göz altı edib. Lakin Avropa dövlətləri ilə əməkdaşlıq Mərkəzi Asiya ölkələri üçün müsbət təhlükəsizlik perspektivi vəd etmir. Heç şübhəsiz ki, Fransa Mərkəzi Asiyanın təbii sərvətlərinin Avropaya rahat şəkildə daşınmasını həyata keçirilmək üçün maneələri dəf etmək istəyindədir. Azərbaycanın coğrafi mövqeyini nəzərə alsaq Fransanın sözügedən istəyinin təmin olunmasından ötrü ölkəmizə təzyiqlərin davam edəcəyi gözlənilndir. Deməlo, Fransanın Cənubi Qafqazda məkirli niyyətini reallaşdırmq cəhdi əbəs deyil.
Siyasi ekspertlər hesab edirlər ki, Azərbaycanın güclənməsi, ərazi bütövlüyünü təmin etməsi Fransa kimi dövlətlərin maraqlarına uyğun gəlmir. Faransa birmənalı şəkildə daim Ermənistanın yanında olub və Qarabağda separatizmə dəstək verib. Bu dəstək bu gün də Makron iqtidarı tərəfindən davam etdirilir. Əslində isə Paris Ermənistandan alət kimi istifadə edir.
Paris Azərbaycanın BMT-nin 4 mühüm qətnaməsini icra etməklə Qarabağı işğalçılardan azad etməsini alqışlamaq əvəzinə, beynəlxalq hüquqa qarşı kampaniya aparır. Hətta Ermənistan dövləti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına - COP29-un Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, rəsmi Paris buna qarşı çıxdı. Prezident İlham Əliyevin Fransanın müstəmləkəçilik siyasəti barədə açıq danışması E.Makron hökumətinin anti-Azərbaycan mövqeyi tutmasına və hətta ölkəmizdə casus şəbəkəsi yaratmasına səbəb olub. Sirr deyil ki, Azərbaycanda da Fransaya qarşı istifadə ediləcək kifayət qədər rıçaqlar var. Fransanın Azərbaycanda kifayət sayda şirkətləri fəaliyyət göstərir, qazanc əldə edirlər. Onlar hər il ölkəmizdən mənfəət götürür, gəlir qazanırlar. Heç şübhəsiz ki, həmin qazanclar Fransaya göndərilir. Yəni, münasibətləri korlamaq Fransanın nə siyasi, nə də iqtisadı maraqlarına cavab vermir.
Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi müəyyən beynəlxalq dairələri, o cümlədən Fransanı ciddi narahat edir. Çünki dövlətimizin erməni işğalçılarını torpaqlarımızdan qovması ilə Fransa kimi ölkələrin Cənubi Qafqazdakı planlarını pozub. Bu səbəbdən də, rəsmi Paris davamlı olaraq ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir. Deputat bildirib ki, Fransa "ermənilərdən çox ermənilik" edərək hər fürsətdə ölkəmizlə bağlı qərəz və böhtan dolu mövqe ortaya qoyur: "Bu ölkənin Avropa və xarici işlər naziri Jan-Noel Baronun Avropa İttifaqının XİN başçılarının iclasında Azərbaycan haqqında birtərəfli və ermənilərin mövqeyinə uyğun fikirlər səsləndirməsi də bunun göstəricisidir. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə münasibətini bildirib və fransız nazirin iddialarını rədd edərək pisləyib. Bəyanatda qeyd olunduğu kimi, Fransanın siyasətindəki ikili yanaşma, yəni sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət isə regionda davamlı sülh perspektivlərinə mane olur. Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi Cənubi Qafqazda sülh üçün ən böyük təhdidlərdən biridir. Sülh sazişinin mətni razılaşdırılsa da, Ermənistanın yerinə yetirməli olduğu bəzi şərtlər var. Rəsmi Paris bunu anlamalıdır. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalı, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. 30 il ərzində Ermənistanın işğalçı siyasətinin nəticələrinə biganə qalan Fransa indi öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan haqqında əsassız olaraq dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq reallıqları təhrif etmək üçün canfəşanlıq edir. Eləcə də, Fransa Avropa İttifaqının müşahidə missiyası adı altında öz casuslarını Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirib. Fransanın Ermənistandakı səfiri Olivye Dekotini dəfələrlə Azərbaycanla sərhədə gəlib, hansısa "təftiş" aparmağa çalışıb. Eləcə də, Ermənistana səfər edən Fransa rəsmiləri və deputatları da Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının üzvləri ilə birlikdə Azərbaycanla sərhəddə olublar. Bir müddət əvvəl isə missiyanın avtomobil karvanında Aİ-nin bayrağı ilə yanaşı, Fransa bayrağının da olması rəsmi Parisin gerçək niyyətini aşkara çıxarmış oldu. Beləliklə, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Rəsmi Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur. Ərazi bütövlüyünü və suverenliyi bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaradır. Dövlətimiz Fransanın bu regionda məkrli planlar həyata keçirməsinə imkan verməyəcək".
Alim