Ermənistana daha bir şans verildi

Sülh sazişi imzalandığı təqdirdə əməkdaşlıq üçün heç bir maneə qalmayacaq

Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizlin təmin olunmasına maneə olan Ermənistan heç şübhəsiz ki, təlimatlarını öz himayədarlarından alır. Səbəb isə  Avropadakı təlimçilərin regiondan müəyyən pay qoparmaq istəyidir. "Parçala hökm sür" siyasətindən yaxa qurtara bilməyən məkrli  Avropa dövlətləri Cənubi Qafqazı yeni qazanc mənbəyi, Ermənistanı isə buna nail olmaq üçün bir vasitə görürlər. İnsafən desək, ermənilər də tarixən maşa olmaq üçün dəridən-qabıqdan çıxıblar. İndi də hayların xarakteri onların asanlıqla alətə çevrilməsinə imkan yaradır. Məhz bu kimi səbəblərdən  44 günlük Vətən savaşında məğlub olmuş Ermənistan ipə-sapa yatmayaraq ən müxtəlif səbəblərdən sülh müqaviləsini imzalamaqdan yayınır. Heç vaxt dövləti, dövlətçiliyi olmayan, millət, xalq kimi formalaşa bilməyən haylar tarixən başqa dövlətlərin hesabına yaşadıqlarından sözügedən sülh müqaviləsinin mahiyyətini dərk etməkdə çətinlik çəkirlər. Yəni, anlamırlar ki, Azərbaycanla sülh müqaviləsi bağlayaraq, qonşu dövlətlərlə əməkdaşlığa başlasalar dövlət kimi məhv olmaq təhlükəsindən qurtula bilərlər. Lakin Ermənistan işğalçılıq siyasətini davam etdirərək özünü Azərbaycanın regionda həyata keçirdiyi irimiqyaslı layihələrdən təcrid etdi. 

Qalib dövlət olan  Azərbaycan tərəfinin təqdim etdiyi sülh sazişinin bütün paraqraflarında razılıq əldə edilməsinə baxmayaraq Ermənistan hələ də masa arxasında əyləşməyi özünə rəva bilmir. İndiyə qədər yürütdüyü siyasətin fiaskoya uğradığını anlayan Ermənistan yeni havadar axtarışına çıxıb. Çünki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etməklə işğalçı dövlətə hər cür dəstək verən ölkələri də həqiqəti etifar etməyə məcbur etdi. Çox təəssüf ki, Ermənistan yeni hamini qazanmaqdan ötrü təxribat yoluna əl atıb. Belə ki, sülh müqaviləsinin imzalanması vaxtının uzadılmasına nail olmaqdan ötrü mütəmadi olaraq şərti sərhəddə hərbi təxribatlar törədir. Heç şübhəsiz ki, Ermənistanın qeyri-adekvat davranışı Cənubi Qafqazda sülh və sabitliyə təhdid olmaqla yanaşı, bu regionun inkişafına da ciddi maneədir.   

Aprelin 9-da  ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən  beynəlxalq forumda  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Ermənistan, regionda yaranan imkanlardan özünü məhrum edib: "Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Bizim hamımızın buna imkanı var idi. Lakin  Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı. Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, "Böyük Ermənistan" arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir".

Sözün həqiqi mənasında Erməistan yürütdüyü siyasətlə regionda cərəyan edən siyasi, iqtisadi proseslərdən kənarda qalaraq uçuruma yuvarlanıb. Qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etmək əvəzinə, ortaq məxrəcə gələrək regional və beynəlxalq layihələrin iştirakçısına çevrilə bilərdi. Lakin, daxili revanşist qüvvələrin, eləcə də xarici havadarların təkidi ilə işalğçılıq siyasətini davam etdirmək arzusunda olan Ermənistanın iqtisadiyyatı tamamilə tənəzzülə uğrayıb. Ermənistanın bütün çığallığına rəğmən Azərbaycan tərəfi yenə də qonşu dövlətə dirçəlmək üçün şans verir. Dövlət başçısı sözügedən forumda bəyan edib ki,  Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq: "Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Realist olduğum üçün biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq  hələ tezdir. Lakin biz etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və biz onlara müsbət cavab verdik. Beləliklə, biz Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki  Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla biz etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq".

Bəli, Ermənistanla etimad qurmaq məsələsi olduqca çətindir. Bu toplum tarixən xəyanətkar olub, arxadan zərbə vurmağı mübarizə vasitəsi kimi qəbul edib. Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı və təcavüz siyasətinin iki yüz ilə yaxın bir tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq olub. 
Ancaq dövlət başçısının bu çağırışı ermənilər üçün bir şans kimi qəbul edilməlidir. Çomağı yerə qoymamaq şərtilə Ermənistanla sülh müqaviləsi bağlayaraq hansısa sahədə yaxınlaşmaq mümkündür.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31