Ermənistan imperialist siyasətin qurbanına çevrilib- ÖZƏL

"ABŞ, Fransa kimi dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycan öz gücü ilə 44 gün ərzində işğal altına olan torpaqlarını azad edərək, Ermənistanla olan münaqişəni həll etdikdən sonra çoxlarının maskası yırtıldı və həqiqiət üzə çıxdı. Məlium oldu ki, münaqişənin uzun müddət davam etməsi elə həmin dövlətlər və beynəlxalq təşkilatların fəaliyyəti nəticəsində olub".  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əvəz Ələkbərov deyib: "Erməistanı öz imperialist siyasətinin qurbanına çevirənlər dərk etməlidirlər ki, Azərbaycanın qarnı toxdur. Yaxın Şərqdə törətdikləri qanlı hadisələri Azərbaycanda təkrar etmələri mümkün deyil. Dini azadlıq təşkilatı altında gizlənən qurumlar yaxşı olardı ki, ermənilərin 30 il ərzində dağıtdıqları tarixi və dini abidələrin də hesabatını versinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31