Azərbaycanın suverenlik və ərazi bütövlüyü bizim qırmızı xəttimizdir- ÖZƏL

"Almaniya Prezidentinin sosial şəbəkəsindəki səhifəsində Azərbaycan əlehinə məlumat paylaşılıb. Sonradan isə həmin hadisə texniki anlaşılmazlıq kimi dəyərləndirilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev deyib: "Almaniyanın sözügedən məsələ ilə bağlı Azərbaycandan üzr istəməsi ölkəmizin nüfuzunu göstərir. Azərbaycanın suverenlik və ərazi bütövlüyü bizim qırmızı xəttimizdir. Bütün dünya bunu başa düşməlidir. Belə məsələləri qabartma Ermənistana əlavə güc verir. Bizin dövlətimiz güclüdür, lideri isə xalqımız və dövlətimizin maraqkarını qoruyur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31