Gürcüstanın Bakıdakı səfiri geri çağırılır
26 Mart 15:25 SiyasətGürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bu ilin iyunun 1-də vəzifəsindən geri çağırılacaq.
Bununla bağlı Gürcüstan Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.
Fərman təsdiqlənməsi üçün Gürcüstan Prezidenti Mixail Kavelaşviliyə təqdim olunub.
Qeyd edək ki, Z.Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiridir. Ötən ilin dekabrında səfirin səlahiyyət müddəti bu ilin aprelin 1-dək uzadılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31