Sərhəddə atışma dayanmır – sülhdən necə danışaq?

"Ermənistan sülh müqaviləsinə hazır deyil və Azərbaycana qarşı təxribatlarını davam etdirir".

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.

O, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqları haqda danışarkən bildirib ki, Ermənistan ordusu 1 aya yaxındır atəşkəsi pozur:

"Mart ayının ilk həftələrində Ermənistanın MN tərəfindən bu, inkar edilirdisə, son 1 həftə ərzində erməni sakinlərinin videoçəkilişləri zamanı yaşadıqları kəndlərdə atəş səslərinin eşidilməsi ilə bağlı paylaşımları faktları inkar edən Ermənistan Müdafiə Nazirliyini, həm də eyni bəyanatlar səsləndirən Avropa İttifaqı mülki monitorinq missiyasını ifşa etdi.

İstisna deyil ki, ABŞ-Rusiya danışıqlarının nəticəsi kimi Rusiyanın bölgəyə qayıdışından qorxan Paşinyan öz hakimiyyətini qorumaq üçün hərbi eskalasiyaya gedir və Ermənistan üzərində Qərbin təhlükəsizlik qarantiyasını genişləndirmək istəyir. Sirr deyil ki, bir neçə gün əvvəl Aİ Ermənistanın bu quruma üzvlüyünün mümkünlüyü ilə bağlı müsbət bəyanatlar səsləndirib. Beləcə, başda Fransa olmaqla, Zəngəzurda möhkəmlənmək və Qafqazda yeni hərbi-siyasi konfiqurasiya formalaşdırmaq prosesinə start verilib".

Z.Məmmədov deyib ki, Ermənistanın bölgəni yeni müharibəyə qərq etməsi ilə bağlı atdığı addımların yalnız bir neçə istiqamətidir:

"Həm Ermənistanda, həm də Qərbdə odla oynadıqlarını başa düşməlidirlər. Baş verənlər Zəngəzura qayıdış məsələsinin Azərbaycan üçün necə vacib strateji əhəmiyyət daşıdığını bir daha sübut edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31