"Diplomatik xidmət haqqında" qanuna dəyişiklik edildi
24 Oktyabr 2013 13:14 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Fərman imzalayıb.
AzərTAc- bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 587; 2002, № 8, maddə 479) 2-ci hissəsinin beşinci abzasında "və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi" sözləri ", Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri ilə əvəz edilsin".