Deputatımız AŞPA-nın tədbirinə qatılacaq
24 Oktyabr 2013 12:53 SiyasətMilli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 24-dən 29-dək Portuqaliyanın Lissabon şəhərində səfərdə olacaq. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, iclasda "Təhsildə müsbət idarəçilik və yüksək keyfiyyət", "Çoxmədəniyyətli cəmiyyətlərdə ümumi cəhətlər və fərqlər", "Avropanın mədəni irsi", "Ümumavropa evi çərçivəsində əməkdaşlıq" mövzularında məruzələr dinləniləcək. Müzakirələr aparılacaq.
Deputatımız müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00