Əli Əhmədov MSK-ya müraciət etməyəcək
23 Oktyabr 2013 16:51 Siyasət"Əli Əhmədovun mandatından imtinası ilə bağlı MSK-ya heç bir rəsmi müraciət olmayacaq. Çünki o, artıq avtomatik olaraq deputat deyil, hökumət üzvüdür". Bunu deyən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, deputatın hökumət vəzifəsinə təyinatı ilə əlaqədar olaraq mandatını itirməsi avtomatik olan bir məsələdir. Bununla bağlı Mərkəzi Seçki Komissiyasına xüsusi müraciət olmur. Ona görə də Əli müəllimin baş nazirin müavini vəzifəsinə təyinatına görə deputat mandatının ləğvi ilə bağlı MSK-ya ayrıca müraciət gözlənilmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00