Avtomobillər üçün enerji doldurucuları inşa etməyə icazə tələb olunmayacaq
16:46 SiyasətPrezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, yenilənmiş qanuna əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində, yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının tikintisinə icazə tələb olunmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31