Rusların əli ilə Rusiyanın dağılması
Sadə rusları siyasi dialoqlara cəlb etməyə dəyər
23 Oktyabr 2013 15:43 SiyasətHafiz Mirzə
www.hafizmirza.com
II SÖHBƏT
Son vaxtlar rəsmi Rusiya açıq bəyan etməsə də, politoloqlar xalqımıza qarşı təzyiqlərin bir ucunda Azərbaycanın MDB-nin vahid gömrük sisteminə qoşulmaq istəmədiyinin durduğunu bildirir. Əsas təzyiq isə soydaşlarımızın Rusiyadan qovulması cəhtlərindən ibarətdir. Bu cəhtin iki başı ola bilər. Yəni Azərbaycandan da rusların qovulması başlanar. 1988-ci ilin noyabrında ermənilər də belə etdi: ərazidən soydaşlarımızı vəhşicəsinə qovdular. Bu qaçqınların isə gəlib Bakıda, Sumqayıtda firavan yaşayan erməniləri qovması təbii idi. İndi Rusiyadan kütləvi deportasiya edilmə faktlarının axırı gedib hara çıxacaq? Rusiya ilə Azərbaycan arasında müharibə olmalıdırmı? Təəssüf ki, Rusiya iqtidarında bunun əksini istəyən qüvvələr azdır. Rusiyanı dağıtmaq istəyən qüvvələrə də elə milli zəmində ixtişaşlar lazımdır. Və o sırada ermənilərin də barmağı var. Hansısa bir qafqazlı bir rus gedəsini öldürüb deyə Moskvanın Brulyov rayonunda ixtişaşlar törədən, xüsusən də qafqazlıların daha çox iş birliyində olduğu meyvə-tərəvəz bazasına hücumlar edən dəstələrin birinin başında bir erməni dığası durubmuş. Deməli, caninin erməni, gürcü və ya çeçen seçilmədiyi elə əvvəldən bəlli imiş. Müasir Avropa əxlaqına daha tez inteqrasiya olunan bir çox rus qızlarının eyni zamanda bir neçə oğlanla sevişməsi adi haldır. Üstəlik, indi hərə özünə bir "boyfrend" saxlamağa da başlayıb. Bu isə rus qızları ilə sevişən məhz azərbaycanlılar üçün dəhşətli fakt sayıla bilər. Digərlərində qeyrət, namus yoxdur və ya bizimki qədər deyil axı. Elə isə bir sadəlövh azərbaycanlını seçmək və sevişdiyi qızın "boyfrendini" öldürüb günahı onun boynuna yıxmaq planını düşünməyə heç də dərin ağıl lazım deyil. Bundan sonrası kütlənin işidir. Çünki rus erkəylərində qadın və qızlarının qafqazlılara, xüsusən də onları daha yaxşı "saxlamağa" meyilli olan azərbaycanlılara qarşı pataloji nifrət formalaşmağa başlayıb. Bu adamın Orxan Zeynalov adlı birisinin seçilməsinə təəccüblənməyək, hər hansı bir digər soydaşımız da seçilə bilərdi. Rusiya DİN-nin, xüsusi təyinatlı dəstəsinin bir nəfərin ölümü ilə bu qədər şövqlə məşğul olması çox gülüncdür. Əhalisinin sayı 12 milyon nəfər olan qarmaqarışıq Moskvada gün ərzində onlarca insan, hər ay bir neçə soydaşımız öldürülür. Amma DİN məhz Şerbakovun qətlini seçir və Orxanı meşədə (?!) həbs edib, vəhşicəsinə döyür,.. Video-süjetdə görünür ki, Orxan bu zaman onlara sanki belə razılaşmayıblarmış kimi hiddətlə müqavimət də göstərir. Bu günlərdə rus saytlarından biri əsil caninin gizli kameraya düşmüş görüntüsü ilə Orxanın görkəmini analiz etdi və qətiyyən oxşamadıqları bəyan olundu. Rus xüsusi xidmətləri isə Orxanı qolları bağlı, başı aşağı vəziyyətdə Daxili İşlər Naziri V.Kolokolçevin ayaqları altına atmaq üçün vertalyotla gətirir və bu şounu geniş yayımladılar. Hansı dövrdür, hansı əsrdir, bu hansı rejimdir?.. Belə ucuz və gülünc şou ilə rus xalqının xoşuna gəldiklərinə əmindirlərsə, hər ikisinə yazıqlar olsun! Bizimkilər ölkəmizdə böyük cinayətlər törətmiş Hacı Məmmədovu həbs edərkən heç belə amansızlıq göstərməmişdilər. Artıq O.Zeynalov məhkəmədə bu cinayəti törətmədiyini, ilkin etirafları ondan təzyiq altında aldıqlarını bildirmişdir. Həbs olunarkən onun canlı səsinin verilməməsi, sonra müxtəlif geyimlərdə görünməsi də çox şübhəlidir. Ölkə paytaxtını qarışdırmış və açıq-aşkar millətlərarası münaqişəyə hesablanmış bu cür ilginc şouya prezident Putinin və ya baş nazir maaşını alan Medvedyevin kəskin reaksiya verməməsi də çox şübhəli məsələlərdən xəbər verir. Etnogenezində erməni və yəhudi izləri tapılan şəxslərin daha incə planlar qurması lazım idi. Əgər məsələ rus iqtidarını idarə edən acgöz milyarderlərin Brulyov meyvə-tərəvəz bazasını öz əllərinə almasına görə idisə, bunu daha sivil, daha incə metodlarla həyata keçirdə bilərdilər. Necə ki, soydaşımız Telman İsmayılova məxsus "Çerkez" bazarını əllərinə keçirtmək üçün 2009-cu ildə belə etmişdilər. Kiçik bir yanğın şousu, bir neçə nəfərin xəsarət alması və Fövqəladə hallar Nazirliyinin bu bazanın qəzalı vəziyyətdə olması barədə qərarı yetərli idi. Yoxsa ki, məsələni millətlərarası münaqişə səviyyəsinə qaldırmaq çoxmillətli Rusiyanın özü üçün faciələr törətməzmi?! Bir çox soydaşlarımız kimi Orxan da bu meyvə-tərəvəz bazasından mal götürüb satmaqla dolanırmış. Çünki miqrantlar üçün digər iş yerləri qapalıdır. Bundan ötrü miqrasiya xidmətinə viza rüsumu ödəmək və ya Rusiya xüsusi xidmət orqanlarının Azərbaycan əleyhinə hazırladıqları ehtiyyat planların vintciyi sayılmağa yararlı olmaq lazım gəlir. Bu xüsusən də bizim etnik xalqlarımızın Rusiyaya yollanmış bəzi nümayəndələrinə aiddir. Azərbaycan türkləri ilə işbirliyi yapmaq Rusiya xüsusi xidmətlərinə heç vaxt maraqlı deyil. Bizimkilərlə bazar müstəvisində iş yapmağa daha çox üstünlük verilir. Bu mənada iqtisadiyyat və dövlət idarəetməsi yəhudi və erməni kökənlilərin inhisarındadır. Qarşısında bütün dünyanın tir-tir əsdiyi böyük Rusiya son zamanlar əslində çox aciz, təpədən dırnağa kimi korrupsiyaya və inhisarçılığa bulaşmış bir ölkə olduğunu isbata yetirir. Bu ölkənin Daxili işlər naziri heç utanıb-qızarmadan etiraf edir ki, Orxan Zeynalovun tapılması və həbs edilməsi Rusiya hüquq-mühafizə orqanlarında heç də hamının satılmadığını sübut edir! Gör bir bu ölkənin hüquq-mühafizə orqanları nə gündədir! Heç siyasiləri də onlardan geri qalmaz. Rus siyasətinin ən parlaq nümayəndəsi Vladimir Jrinovski sayılır. Ölkədə iqtisadi, siyasi, hərbi və ya Beynəlxalq müstəvidə nəsə bir "ÇP" olan kimi Jirinovski işə salınır. Ya kimisə söyür, döyür, stəkan atır, kimisə studiyadan qovur,.. Beləcə, diqqəti özünə çəkir və ictimai müzakirənin əsas hədəfinə çevrilərək xalqı yayındırır. Bu şou da Rusiyanın iqtisadi böhran həddindən diqqəti yayındırmağa, günahkarların qafqazlılar olduğuna yönəltməyə hesablanmış ola bilər. Bizimkilər Rusiyada "hesablayan" olmağın əhəmiyyətini qəbul edənəcən, ermənilər və yəhudilər çox yerləri pulla, rüşvətlə də olsa tuturlar. Deməzdim ki, bizim bir çox soydaşlarımızın pulu azdır və ya rüşvət vermək məharəti çatmır. Çatmayan Vətənpərvərlik mövqeyidir. Ermənilər İngiltərənin Lordlar Palatasının üzvü, baronessa Kerolayn Koks kimi şındirı çıxmış diplomatları "ala" və nisyə qaldıqları zamanlarda da əleyhimizə işlədə bilirlər. Biz isə beynəlxalq siyasətdə bütün vasitələrin məqbul olduğunu yaxşı anlasaq da, bəzən sadəlövhcəsinə tərəfdaşlarımızın "Mat Tereza" olmasını daha münasib sanırıq. Təəssüf ki, bu cür yolları məqbul hesab etdiyimiz zaman əlimizin altında 3-4 yüz milyon dollar nağd pulumuz çatışmır, yoxsa Jirinovskini Dumada "Cücələrim" mahnısını azərbaycanca oxumağa məcbur edə bilərdik. Moskva meri Sobyanin də yeni appostol sayılmaz. Soydaşımız O. Zeynalova qarşı qondarma ittihamlar işə düşən kimi hərif hər həftənin cümə gününü Moskvada miqrantlara qarşı əməliyyat günü elan edib. Çünki... Çünki məhz cümə günü Moskvada yaşayan müsəlmanlar kütləvi şəkildə məsçidlərə gedir, məsçid həyətini, meydanını, hətta qarşısındakı küçəni də tuta biləcək qədər böyük izdihamla cəmiyyət namazı qılırlar. Əməliyyatların cümə günü aparılması müsəlmanların, o cümlədən də soydaşlarımızın xəlvətdən çıxıb, iş-güclərini buraxıb bir mərkəzdə cəmlənməsinə, müsəlman həmrəyliyinə xidmət edən ibadət mərasimlərinə qoşulmasına da ciddi əngəllər törətmək üçündür. Son dövrlər rusların İslama marağının artması daha çox diqqəti cəlb edir. Xüsusən də ağıllı rus qadınları tənhalıqda keçən qocalıqlarının əsil səbəbini anlayır, İslam əxlaqının bunun tamam əksini formalaşdırdığını görür və qızlarının bu cür aqibətdən xilas olması naminə müsəlmana ərə getməsini arzulayırlar. Müsəlman gənclərin əksəriyyəti isə sevdikləri rus qızının yalnız İslamı qəbul etdiyi halda evliliyə yararlı olduğunu düşünürlər. Onu da qeyd etməliyik ki, əyləncə və əxlaq normalarından kənar keçən cavanlığını itirmək üzrə olanda bəzi rus qadınları qafqazlıdan, xüsusən də azərbaycanlıdan bir övlad qazanmağa daha çox üstünlük verirlər. Bu övladla məşğuliyyətin həyatını mənalandıracağını düşündükləri kimi qocalıqda qahmar və həyan olacağını da düşünənlər heç yanılmır. Çünki müsəlman qanı daşıyan uşağın İslam əxlaqına təbii meyli formalaşır və o öz valideynini həmişə yüksək dəyərləndirir, qocalar evinə atmır və xatirini əziz tutur. Bu həqiqətə əmin olmaq istəyənlər rus internet forumlarında iştirak edə, virtual dostlar sırasına rus qadınlarını daxil edib onlarla bu mövzuda söhbətləşə bilər. Rusiyanın guya təmizlənməsi şüarları altında keçirilən əməliyyatlar kütlənin çox xoşuna gəlir. Forumda bir rus "Miqrantları qovmaqla biz iqtisadi cəhətdən çətin vəziyyətə düşəcəyimizi anlayırıq, sizinkilərin görmüş olduğu işləri bizimkilər bacarmayacaq, amma ən azından havamız təmizlənəcək - bu elə bizə bəsdir" yazmışdı. Tipik rus təfəkkürünün məhsuludur - təəccüblənməyə dəyməz. Siyasilər də məhz bu cür mövqenin populyarlığına üstünlük verirlər. Rus siyasilərinə "Qovorite" tele-proqramından səfirimiz Polad Bülbüloğlunun verdiyi tutarlı cavablar təqdirəlayiqdir. Bəs bu qədər sadə həqiqətlər var ikən azərbaycanlının düşmən obrazını qəbul etmək erməni və ya yəhudi kökənli deyillərsə, rus siyasilərinin nəyinə lazımdır? İngilislər bütün dünyanı silah gücünə zəbt edib, böyük imperiyalar yaratdılar. Lakin güc və zor hesabına bu saxlaya bilmədilər. Belə olduğu halda onlar dostluq əlaqələrini genişləndirmək hesabına dünyanın hakim xalqına çevrildilər. Rusiya əks yolu seçərək öz dostlarını da düşmənə çevirməklə yenidən imperiya yarada biləcəyini düşünürsə, yanılır. Ayı təfəkkürü ilə müasir dünyada liderə çevrilmək mümkün deyil. Aqibət yalnız yuxarıda qeyd etdiyimiz kimidir: ölkəni milli zəmində vətəndaş qarşıdurmasına uğratmaq, nəticədə sarsıtmaq, parçalamaq və ABŞ-in qarşısında söz demək iqtidarından salmaq. İran və Suriya məsələsində Rusiyanın nəhayət ki, sərt mövqe irəli sürə bilməsi bu ölkədə sağlam qüvvələrin yetərincə olduğunu ifadə edir. İndi Rusiyanın daxilində aparılan mövcud siyasəti buna cavab olaraq dəyərləndirə bilərik. Son günlər Bakıda yaşlı bir kişinin "Lənət olsun sizə!" deyə bağıraraq Rusiya səfirliyinə ayaqqabı tullaması ilk baxışdan xoş görünsə də, tamamilə səhvdir. Emosiyaların qızışdırılması bizim qələbəmizlə sonuclana bilməz. Əlbəttə, Rusiyaya yarınmaq da acizlik əlaməti olardı. Ən münasib yol bütün siyasi partiyalar və qeyri hökumət təşkilatları səviyyəsində Rusiya siyasiləri və xalqı ilə dioloqlara girmək, internet forumlarında aktiv iştirak etmək və onlara əsil həqiqətləri izah eləməkdən ibarət ola bilər. Adam az qala Allaha dua edir ki, mələk Əzrayili bir neçə aylığa məzuniyyətə göndərsin və bu günlərdə Azərbaycanda bircə rus da dünyasını dəyişməsin, yoxsa ki rus mətbuatı onu bizimkilərin öldürdüyünü iddia edəcəklər. Təəssüf ki, son olaylarla bağlı ölkəmizin heç bir siyasi təşkilatı öz mövqeyini irəli sürməmiş, rus siyasilərini internet forumlarına və ya tele-debatlara çağırmamışdır. Avropa Şurasının ünvanını su yoluna çevirə bilənlər üçün bu eləmi çətindir? Əlimizdə kifayət qədər tutarlı faktlar da var. Lənkəranlı Səlamətdin Nağıyev Rusiyanın Pexorka çayında boğulmaqda olan azyaşlı rus qızlarını xilas edərkən faciəli şəkildə həyatını itirib. 21 yaşlı Səlamətdinin bu hərəkətinin əsil qəhrəmanlıq nümunəsi olduğunu yazmağa, bunu etiraf etməyə Rusiya KİV-nin ədaləti çatmadı, heç meyidi suda tapmağa və çıxartmağa Rusiya dövlət orqanlarının insanlıqları yetmədi - təəccüblü deyil. Bəs öz KİV-lərimiz bu məsələni niyə qabartmadılar, xalqlararası dostluq və qardaşlıq müstəvisinə niyə çıxartmadılar?! Şəki Teatrının sabiq baş rejissoru Vaqif Abbasov Moskvada yanan avtobusun içərisində qalmış uşaqları xilas edərkən hər iki ayağını itirmişdi. Bu gözəl insan sonra yaşadığı illər ərzində ayaqsızlığın əziyyətini çəkir, amma öz əməlindən heç vaxt peşimançılıq ifadə etmirdi. Bu kimi faktlar onlarcadır! Özümüz özümüzü dəyərləndirməyi bacarmasaq, kimsədən bunu ummağımıza dəyməz. Hazırda Orxan Zeynalovun hüquqlarının müdafiəsi ilə daha çox Azərbaycan Dövləti məşğul olur. İlk baxışdan bu təbiidir. Amma əgər onu soydaşımız olaraq qəbul ediriksə, bununla hər birimiz də hansısa formada məşğul olmalıyıq. Şərin, böhtanın qarşısından qaçmaq, ondan qorxub yayınmaq yox, bəzən onun düz üzərinə getmək lazım gəlir! Qaranlığa doğru əldə fənərlə getdiyimiz kimi.