İlham Əliyev Statoil şirkətinin prezidentini qəbul edib

Görüşdə Statoil şirkəti ilə ARDNŞ arasında uzunmüddətli səmərəli əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 23-də Statoil şirkətinin prezidenti Helge Lundu qəbul edib.
AzərTAc-ın məlumatına görə, Statoil şirkətinin prezidenti Helge Lund oktyabrın 9-da keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə dövlət başçısını təbrik edib.
Görüşdə Statoil şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00