Loran Fabius: “Tərəfdaşlar arasında cəsusluq yolverilməzdir”
23 Oktyabr 2013 14:47 SiyasətFransanın xarici işlər naziri Loran Fabius yenidən ABŞ-dan Fransa vətəndaşlarının danışıqlarının dinlənilməsinin səbəblərinə aydınlıq gətirməyi tələb edib. Fabius söyləyib ki, tərəfdaşlar arasında cəsusluq yolverilməzdir. "Mond" qəzetinin yazdığına görə, 1 ay ərzində ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi fransızların 70 milyondan çox telefon danışıgını dinləyib."Bu məsələ Avropanı narahat edir. Bir neçə qalmaqaldan sonra Avropa İttifaqı şəxsi məlumatların qorunmasına dair yeni qaydaların işlənilməsi prosesini sürətləndirir. Aİ-na üzv olan ölkələrin bir çoxu hələ də şəxsi məlumatların qorunmasına dair Avropa standartlarının tədqiqinə qarşı çıxır. İnsanların şəxsi məlumatlarının sərhədləri aşması yolverilməzdir", - deyə Fabius bildirib ("OLAYLAR").