Boş qalan deputat yerlərinə niyə seçkilər keçirilmir?
23 Oktyabr 2013 14:18 SiyasətMilli Məclisdə boş qalan deputat yerlərinə seçkilərin nə vaxt keçiriləcəyi bəlli deyil. Məlumat üçün qeyd edək ki, hazırda MM-də üç deputat yeri boş qalıb. \"OLAYLAR"İA\ Azərbaycan Respublikasın Konstitusiyasının 87-ci maddəsinə görə, Milli Məclisin deputatlığından çıxanların yerinə seçkilər MM-in səlahiyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir. Digər hallarda seçkilərin keçirilməsi zəruridir. Ölkədə sonuncu parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçirilməsini nəzərə alsaq demək mümkündür ki, növbəti parlament seçkilərinə hələ bir ildən artıq müddət qalır. Qeyd edək ki, hazırda 34 saylı Xətai və 110 saylı Zaqatala seçki dairələrindən deputat yoxdur. 34 saylı dairədən deputat Gülər Əhmədova 2012-ci ilin oktyabrında mandatından imtina edib. 110 saylı dairədən deputat Hikmət Atayev isə 2013-cü ilin martında avtomobil qəzasında həlak olub. 19 saylı Nərimanov seçki dairəsi deputatı Əli Əhmədov isə prezident İlham Əliyevin sərəncami ilə baş nazirin müavini təyin edilib. Ölkə Konstitusiyasının 89-cu maddəsinə görə, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda deput səlahiyyətlərini itirir.