Türkmənistan prezidenti MDB-nin sammitindən iştirak etməyəcək

Türkmənistan prezidenti MDB ölkələri liderlərinin cinayətkarlıqla mübarizə tədbirlərini gücləndirmək məqsədilə Minskdə keçiriləcək sammitdə iştirak etməkdən imtina edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, oktyabrın 25-də keçiriləcək Minsk samitində Türkmənistan prezidentindən başqa bütün MDB ölkələri liderləri iştirakı gözlənilir.
Sammit zamanı MDB Dövlət Başçıları Şurası öz ölkələrində cinayətkarlığa qarşı mübarizə tədbirləri, iqtisadi əlaqələrin genişləndirilməsi və faşizm üzərində qələbənin 70 illik yubileyinin qeyd olunması məsələlərini müzakirə edəcəklər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Türkmənistan prezidentinin sammitə gəlməməsi məsələsini belə izah edib: "Türkmənistanı sammitdə baş nazirin müavini təmsil edəcək".

İclaslarda nümayəndə heyətlərinin üzvlərinin iştirakıyla məhdud dar və genişləndirilmiş tərkibli müzakirələr keçiriləcək. Samitdə iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibinə baş nazirin birinci müavini İqor Şuvalov və Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrov da daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00