Zakir Həsənovun yerində kimdir?
23 Oktyabr 2013 12:36 SiyasətPrezident İlham Əliyevin imzaladığı sərəncamla müdafiə naziri təyin edilən Daxili Qoşunların keçmiş komandanı Zakir Həsənovun vəzifəsini kimin icra edəcəyi məlum olub.Bu barədə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Z.Həsənovun vəzifəsini Daxili Qoşunların qərargah rəisi, general-mayor Şirin Xəlilov icra edəcək.Məlumatda bildirilir ki, hələlik DQ-nin komandanının yerinə heç bir təyinat yoxdur. Yeni təyinata qədər DQ komandanın vəzifəsi müvəqqəti icra ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00