Hüquqi mübarizədə yeni səhifə: Azərbaycanın Haaqadakı presidenti – ÖZƏL
21 Noyabr 15:01 SiyasətAzərbaycan Ermənistanın işğal etdiyi ərazilərdə uzun illər ərzində təbii resursların qeyri-qanuni istismarına qarşı hüquqi müstəvidə mübarizə aparmaqda davam edir. Bu prosesdə əsas addımlardan biri Enerji Xartiyası müqaviləsinə əsaslanaraq Ermənistan əleyhinə Haaqada iddia qaldırılmasıdır. İddia Ermənistanın Azərbaycanın enerji resurslarını qanunsuz istifadə etməsi və hasilat nəticəsində beynəlxalq hüququ pozması ilə bağlıdır. Bu, həm regional, həm də beynəlxalq miqyasda ciddi əhəmiyyət daşıyan bir presedent yaradır və Azərbaycanın öz hüquqlarını müdafiə etməkdə beynəlxalq mexanizmlərdən necə istifadə etdiyini nümayiş etdirir.
Azərbaycanın Haaqadakı iddiası beynəlxalq hüquq müstəvisində hansı yeni presedentlər yarada bilər və bu, Ermənistanın digər qanunsuz fəaliyyətlərinə qarşı necə tətbiq oluna bilər?
Mövzu ilə bağlı Olaylar.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, bu məsələ əslində bir neçə president yarada bilər:
"Bir istiqamətə baxdıqda proses ilk dəfə baş verib. Yalnız Ermənistanın törədə biləcəyi cinayətlər sırasında olub. Biz, qanunsuz fəaliyyətlərin kateqoriya edilməsinə baxanda deyə bilərik ki, bunlar yeni presidentlər yaradır. Enerji resurslarının qanunsuz istifadəsi ilə bağlı president ola bilər. Bizim oradakı enerji resurslarımız olan meşə örtüyü, su resursundan qanunsuz istifadə edib və istismar ediblər. Buna görə Beynəlxalq Enerji Xartiyasına əsaslanaraq Ermənistanda bunu qəbul etdirməliyik ki, belə bir cinayət törədiblər. İkinci president mümkündür ki, xartiyanın tərkib hissəsi kimi ekoloji tarazlığa vurduğu ziyanla bağlı beynəlxalq hüquqi müstəvidə müzakirəyə verilsin. Başqa formada müharibə və işğal zamanı resursların qanunsuz istismarı məsələsinə də baxa bilərik. Deyək ki, işğal vaxtı azərbaycanlılara aid olan əmlakın bu və ya başqa formada abidənin, irsin talan olunması, istismar olunması məsələsinə baxa bilərik. Buna görə kompensasiya tələbi başqa formada niyə olmasın ki? Bizim işğal olunmuş ərazilərimizdə xarici şirkətlərin iştirakı ilə resurslarımız istismar olunurdu. İqtisadi işğaldır və iqtisadi işğal özündə hüquqi mexanizm doğurur. Buna görə təzminat məsələsini qaldırmaq mümkündür. Bu bir imkan da yaradır ki, beynəlxalq hüququn təsbiti Ermənistanın siyasi manipulyasiyalarına da son verə bilər".
Qiymət Mahir