Azərbaycan-İraq əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib
12 Noyabr 2024 11:35 SiyasətAzərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüşdə COP29-un iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsi baxımından qlobal əhəmiyyəti vurğulandı.
Azərbaycan-İraq əlaqələrinin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31