Azərbaycan rəsmiləri COP29 məkanında “Mavi zona” ilə tanış olublar - FOTO

 

Azərbaycan rəsmiləri COP29 məkanında "Mavi zona" ilə tanış olublar.

Rəsmilər arasında baş prokuror Kamran Əliyev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva və digərləri var.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31