Muxtar Babayev Quterreşlə iqlim maliyyələşdirilməsinin genişləndirilməsini müzakirə edib
11 Noyabr 2024 20:32 SiyasətMuxtar Babayev Antonio Quterreşlə iqlim maliyyələşdirilməsinin genişləndirilməsini müzakirə edib.
Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Bakıda keçirilən COP29-un birinci günü çərçivəsində COP29-un prezidenti Muxtar Babayev və BMT-nin Baş katibi Antonio Quterreş arasında görüş keçirilib.
Onların müzakirələri iqlimin maliyyələşdirilməsinin genişləndirilməsi, uyğunlaşma səylərinin artırılması və daha dayanıqlı gələcək üçün beynəlxalq əməkdaşlığın təşviqinə yönəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31