Azərbaycan ilə San-Tome və Prinsipi arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib
11 Noyabr 2024 20:05 Siyasətİqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində San-Tome və Prinsipinin ətraf mühit naziri Nilda da Mata və planlaşdırma, maliyyə və mavi iqtisadiyyat naziri Qinesio da Mata ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov öz "X" hesabında yazıb.
Nazir bildirib ki, görüş zamanı iqlim fəaliyyətinin səmərəliliyinin artırılmasında iqtisadi alətlərin əhəmiyyəti, ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları və potensial sahələrdə fəaliyyətin əlaqələndirilməsi məsələri müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31