Azərbaycan və Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Butan Krallığının Baş naziri Tserinq Tobqay ilə görüşüb.

Nazirlər Kabinetindən  verilən məlumata görə, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un iqlim dəyişikliklərinə qarşı beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olundu.

Azərbaycan ilə Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31