Nazir Rəşad Nəbiyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
11 Noyabr 2024 19:53 SiyasətRəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Teresa Çervinska ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşməsi məsələsi müzakirə olunub.
Həmçinin rəqəmsallaşma istiqamətindəki layihələrə dair fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31