Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər

Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində keçirilən görüşün yekunları üzrə məlumatında deyilir.

"Tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər", - deyə məlumatda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31