Putin Paşinyana təzyiq edib?- ÖZƏL

"Ermənistan Baş naziri Nikol Paşinyan  Zəngəzur dəhlizinə  Rusiya FTX nəzarət  edəcəyini istisna etmədiyini qeyd edib.  Halbuki  N. Paşinyan Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini qəbul etmirdi. Hətta 10 noyabr Birgə Bəyannaməsinin qüvvədən  düşdüyünü elan etmişdir". 

"Olaylar" xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Görünür, Moskvada V. Putinlə N. Paşinyan arasında danışıqlarda Zəngəzur dəhlizinə nəzarətlə bağlı razılaşma əldə edilib. Razılaşma əsasında Rusiya öz sərhəd qoşunlarını İranla sərhəddən çıxardı. Həmçinin Türkiyə ilə sərhəddə Ermənistan sərhəd xidməti ilə Rusiya sərhədçiləri birgə xidmət aparacaq. 
ABŞ   N Paşinyanın bu qərarı ilə bağlı mövqe ortaya qoymayib. "Orta Dəhlizi" Rusiyanın nəzarətinə vermək ABŞ, Türkiyə  və Böyük Britaniyanın da geosiyasi maraqlarına ziddir. Qeyd edim ki, Rusiya üzərindən "Orta dəhlizi" məlum hadisələrə görə işləmir. Gürcüstan  hökuməti  Rusiya ilə əlaqələri inkişaf etdirdiyi üçün ABŞ  Zəngəzur  dəhlizinin açılmasında maraqlıdır. Həmçinin "Orta dəhlizin"  İran üzərindən reallaşmasini Qərb qəbul etmir. 
N. Paşinyanın bu qərarı Rusiyanın Ermənistanda və regionda mövqeyinin güclənməsinə və Orta dəhlizə tam nəzarət etməsi demək olacaq. Rusiyanın da istədiyi bu idi. Görünür, V. Putin N. Paşinyanı ikitərəfli danışıqlar da iqtisadi və hərbi müstəvidə təhdid edib ki, bele bir beynəlxalq bir layihəyə Rusiyanın nəzarət etməsinə razılaşıb. 
Ümumiyyətlə, Rusiyanın  Zəngəzur dəhlizinə nəzarəti Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab vermir. Ermənistan Baş naziri də yaxşı bilir ki, o çox məsuliyyətli və Ermənistan üçün təhlükəli bir prosesə razılıq verib. Ona görə də növbəti prosesdə N. Paşinyan öz mövqeyindən geri çəkilə bilər. ABŞ bu xüsusda Ermənistan hakimiyyəti ilə sıx işləyəcək. Çünki Rusiya  Zəngəzur dəhlizinə  nəzarət edəcəkdisə, Rusiya və Gürcüstan üzərindən, həmçinin İran üzərindən Orta Dəhlizin bağlanmasına nə ehtiyac var idi?! Ona görə də ABŞ bununla bağlı Ermənistani bu qərarından imtina etmeye sövq edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31