Paşinyanın Zəngəzur açıqlaması qlobal dünya bölgüsünün bir parçasıdır- ÖZƏL

Dava orta koridora kimin nəzarət məsələsidir

"Son yayılan məlumatlarda İsrailin Yaxın Şərq müharibəsində hədəfə götürdüyü əsas altı liderlərin adı verilib. İranın ali dini rəhbəri Əli Xamneyi, İranın "Əl-Qüds" korpusunun komandanı İsmayıl Qəəni, "Həmas" lideri Yəhya Sinvar, "Hizbulla" ın yeni seçilmiş lideri Haşim Seyfəddin, İraq şiələrinin lideri Əli Sistani və Yəmən Husilərinin lideri Əbdülməlik Əl-Husi bu altı nəfərdən ibarət siyahıya daxildir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Bir neçə gün əvvəl, İsrailin maliyyə naziri Bezalel Smotriç "Vəd edilmiş torpaqlar" məqsədindən danışarkən hədəf ölkələri bir-bir sadalayıb. Smotriç ölkə sərhədlərini Türkiyəyə qədər genişləndirmək istəyində olduqlarını bildirib və İordan çayının o biri sahilinə qədər uzanacaq "Böyük İsrail"i təsvir edən xərtiə təqdim edib. Xəritəyə Fələstin, Livan, Suriya, İraq, İordaniya və Misir torpaqıarı daxildir. Türkiyə prezidenti cənab Ərdoğan isə İsrailin Türkiyə qarşı da planlarının olduğunu bildirib. Ancaq, İsrail Türkiyə qarşı heç bir planının olmadığını rəsmi şəkildə elan edib.
Qənaətimə görə İsrailin Türkiyə qarşı heç bir planı yoxdur. Əvvəla, hərbi baxımdan, İsrail Türkiyə ilə savaşdan məhv ola biləcəyinin  fərqindədir. Digər tərəfdən, Türkiyə NATO-nun üzvüdür və İsrailin əsas müttəfiqi olan ABŞ İsraillə Türkiyə arasında açıq müharibənin baş tutmasına imkan verən deyil. O ki, qaldı İsrailin planları və əməliyyatlarına, müharibə davam etdiriləcək".
Onun sözlərinə görə, Ermənistanın baş naziri Paşinyanın Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya veriləcəyi haqqında açıqlaması qlobal dünya bölgüsünün bir parçasıdır: " Bu açıqlama əlaqəli proseslər kimi, böyük gücləri Yaxın Şərqdə müharibənin davamına maraqlı edir. Çünki dava orta koridora kimin nəzarət məsələsidir. O ki qaldı, Türkiyə prezidenti cənab Ərdoğanın səsləndirdiyi İsrailin Türkiyə planlarına, heç şübhəsiz ki, Türkiyə hər varianta hazır olduğunu göstərərək, həm də İslam aləminin birliyinin vacibliyinə işarə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31