Deputat beynəlxalq tədbirdə iqlim dəyişikliyi barədə çıxış edib
14 Oktyabr 2024 10:53 Siyasətİtaliyanın Milan şəhərində Beynəlxalq Astronavtika Federasiyasının 75-ci konqresi, həmçinin Federasiyaya üzv ölkələrin nazirlərinin və parlament üzvlərinin 14-cü beynəlxalq iclası öz işinə başlayıb. Bu barədə "Olaylar"a Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib: "Konqresdə təbii fəlakətlər, iqlim dəyişikliyi kimi qlobal problemlərin idarə olunmasında və risklərin azaldılmasında kosmos fəaliyyətinin əhəmiyyəti, imkanları və digər mövzular müzakirə edilir.
Tədbirin ilk sessiyasında "İqlim dəyişikliyi kontekstində davamlı və inklüziv inkişaf məkanı" mövzusunda çıxış etdim. Çıxışımda Azərbaycanın kosmos sənayesinin inkişafına töhvəsi, bu sahədə son illər görülən işlər, qanunvericiliyin təkmilləşdirilməsi, kosmosun iqlim dəyişikliyi və iqtisadi inikişafda rolu, Azərbaycanın qlobal çağrışlarının həllində BMT və digər beynəlxalq və regional platformalar çərçivəsində reallaşdığı töhvələr və digər məsələlər barədə fikirləri təqdim etdim".