Məzahir Pənahov seçkilərin ilkin nəticələrini açıqladı

MSK sədri bildirib ki, ölkə üzrə seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsvermənin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. MSK sədri bildirib ki, ölkə üzrə seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. Onun sözlərinə görə, gün ərzində MSK-ya heç bir rəsmi şikayət daxil olmayıb: "Yalnız bir neçə narazılıq daxil olub. Seçki prosesinin tam şəffaf və müasir standartlara uyğun keçirilməsinə nail olduq. Buna görə ilk növbədə Azərbaycan vətəndaşlarına, beynəlxalq müşahidəçilərə, aşağı seçki qurumlarına minnətdarıq".

MSK sədri bildirib ki, 5492 məntəqədən 3947 seçki məntəqəsindən (məntəqələrin 72 faizi) daxil olan protokollara əsasən, ilkin nəticələr aşağıdakı kimidir:

İlham Əliyev - 84,73 faiz

Cəmil Həsənli - 5,2 faiz

İqbal Ağazadə - 2,31 faiz

Qüdrət Həsənquliyev - 2,1 faiz

Zahid Oruc - 1,49 faiz

İlyas İsmayılov - 1,11 faiz

Araz Əlizadə - 0,88 faiz

Fərəc Quliyev - 0,87 faiz

Hafiz Hacıyev - 0,66 faiz

Sərdar Məmmədov - 0,63 faiz

Məzahir Pənahov bildirib ki, bütün məntəqələre üzrə yekun protokollar yaxın saatlarda MSK-ya çatdırılacaq. Yekun nəticə səhər saatlarında keçirilən mətbuat konfransında elan olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00