MSK ilkin nəticələri açıqladı
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi indiyədək hesablanmış bülletenlərə əsasən məlumat yayıb
10 Oktyabr 2013 00:37 SiyasətMərkəzi Seçki Komissiyası səsvermənin ilkin nəticələrini açıqlayıb. MSK-nın İnformasiya Mərkəzinin verdiyi məlumata görə, hazırkı prezident, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev indiyədək hesablanmış bülletenlərə əsasən 84,68 faiz (1 159 760 ) səs toplayıb
Digər prezidentliyə namizədlərin topladığı səslər:
Cəmil Həsənli - 4,74% (64 952 səs)
İqbal Ağazadə 2,33% (31979səs)
Qüdrət Həsənquliyev - 2,16% (29596səs)
Zahid Oruc - 1,63% (22286səs)
İlyas İsmayılov - 1,26% (17302səs)
Fərəc Quliyev - 0,95% (13064səs)
Araz Əlizadə - 0,92% (12601səs)
Hafiz Hacıyev - 0,66% (9037səs)
Sərdar Məmmədov - 0,66% (8998səs)