Ukraynada xərçəng epidemiyası
Bu xəstəlikdən ölən gənc qadınların sayı gündən günə artır
9 Oktyabr 2013 22:34 SiyasətUkraynada mammoloq yanında müayinədən keçmiş hər dörd qadından birində nəzarətdən çıxmış döş xərçəngi aşkar edilib. ANS PRESS Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə bu ölkənin səhiyyə naziri İqor Cedakov bildirib.
"Bu gün Ukraynada 336 mamoqraf qeydə alınıb. Hər il 730 min mammoqramma çəkilir. 2B mərhələsindən 4-cü mərhələyə kimi olan nəzarətdən çıxma göstəriciləri 25% səviyyəsindədir",- deyə o vurğulayıb.
Sedakov həmçinin qeyd edib ki, bu xəstəlikdən ölən gənc qadınların sayı gündən günə artır. Onun sözlərinə görə, ukraynalı qadınların vaxtında müayinəsi xərcləri xeyli azalda bilər. Amerikalı ekspertlərinə məlumatlarına istinadən döş xərçəngənin ilkin və orta formasının müalicəsinə 3 min dollardan 30 min dollara qədər vəsait lazımdır. "3-cü və 4-cü mərhələlərin müalicəsi üçün ildə yarım milyon dollara qədər vəsait sərf edilir", - deyə Sedakov vurğulayıb.