Əli Əhmədov: “İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək”
YAP-ın qərargahında prezident seçkilərinə həsr olunmuş mətbuat konfransı keçirilib
9 Oktyabr 2013 22:11 SiyasətYeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir.
O qeyd edib ki, ilkin məlumatlara əsasən, YAP lideri İlham Əliyev növbəti dəfə qələbə çalıb: "Xalqın dəstəyi sayəsində İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək. Keçirilən "exit poll"arın nəticələrinə əsasən də, İlham Əliyev seçicilərin 83%-dən çoxunun səsini qazanıb. Ümid edirik ki, yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası da nəticələri gecikdirməyib elan edəcək". Ə. Əhmədov onu da qeyd edib ki, ilkin məlumatlara görə, seçkilərdə seçicilərin 70%-dən çoxu iştirak edib.