Alman müşahidəçilər qrupu: “Prezident seçkilərinin azad və sərbəst seçimlərin əsas və demokratik qaydalarına uyğun keçdiyinə əminik”

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar 36 nəfərdən ibarət  Almaniyanın Seçkiləri Müşahidə qrupu da bəyanat yayıb. Qeyd edək ki, qrupa Avropa Parlamentinin deputatları, Alman Bundestaqının, Bavariya Parlamentinin üzvləri və sabiq parlamentarilər, Alman Federal Hökümətinin və Bavariya Əyaləti hökumətinin sabiq parlament üzvləri, eləcə də alman mətbuatının və işçi təşkilatların üzvləri, hüquqşünaslar daxildir. Onların hamısı MSK tərəfindən prezident seçkilərini müşahidə etmək üçün dəvət edilmişlər. Bəyanatda qeyd olunur ki, alman heyəti üzvlərinin əksəriyyəti digər ölkələrdə əvvəlki və oxşar seçki müşahidələrində iştirak etmişlər. Bütün üzvlər özlərini bu şərəfli və məsuliyyətli missiyaya xüsusi hazırlıq və məlumat toplayaraq hazırmışlar: "Heyətin bütün üzvləri diqqətlərini 9 oktyabrda baş tutacaq seçki gününə yönəltmişdilər. Alman heyəti müşahidə etmək üçün seçki məntəqələrini tam sərbəst olaraq seçir və seçkiləri tam diqqətlə müşahidə edirdilər. 10 namizədin adı seçki bülletenlərində qeydə alınmışdı, bu isə ədalətli və bərabər seçkini təmin edirdi. Heyət üzvlərinin xahişi əsasında seçkiqabağı müddətdə namizədlərin təşviqat üçün İctimai Televiziya və Radio Kanalında bərabər efir vaxtı ilə təmin olunduğu təsdiq olunmuşdur. Bütün namizədlərin ölkə üzrə öz seçiciləri ilə görüşmək və məqsədləri üçün təşviqat aparmaq imkanları var idi. Namizədlər barədə qısa məlumat seçki bülletenlərində qeyd olunmuşdur". Qeyd olunur ki, 8 namizəd müxtəlif siyasi partiyalar tərəfindən, bir namizəd seçki təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdür, onlardan biri isə müstəqil namizəddir. Bütün seçki məntəqələrində heyət üzvləri seçkiləri çox diqqətlə müşahidə etmişdir: "Seçki məntəqəsində və ətrafında demokratik seçkilərin heç bir ciddi pozulması halları baş verməmişdir. Seçicilər şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etdikdən sonra bir neçə məntəqədə səsvermənin qarşısını almaq məqsədilə barmaqları mürəkkəblənmişdir. Daha sonra seçicilər seçki bülletenlərini götürüb xüsusi seçki kabinələrinə daxil olur və heç bir müdaxilə olmadan sərbəst şəkildə səs verirdilər. Seçki bülletenləri şəffaf seçki qutularına atılırdı. Yerli orqanların istənilən nümayəndələri və ya nəzarətçi geyimli şəxslər seçki məntəqələrinin ətrafında idilər. Heyət üzvləri nə elementar demokratik qaydalara qarşı, nə də ümumiyyətlə hər hansı zorakılıq müşahidə etməmişlər. Alman nümayəndə heyətinin bütün üzvləri prezident seçkilərinin azad və sərbəst seçkilərin əsas və demokratik qaydalarına uyğun keçdiyinə əmindirlər. Alman heyətinin fikrincə, seçkilər eyni zamanda dövlətin öz qanunlarına uyğun keçirilmişdir. Azərbaycanın bu seçkilərlə beynəlxalq demokratik standartlara doğru növbəti addım atmışdır". Bəyanatı  Almaniyanın Seçkiləri Müşahidə qrupunun rəhbəri Eduard Lintner imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00