Hafiz Hacıyev şəxsiyyət vəsiqəsini evdə unutdu
Yarım saatdan sonra yenidən məntəqəyə qayıdan prezidentliyə namizəd səsvermədə iştirak edib
9 Oktyabr 2013 21:45 Siyasət8 saylı Binəqədi Birinci Seçki Dairəsi 31 saylı seçki məntəqəsində (135 saylı orta məktəb) səsverməyə qatılan prezidentliyə namizəd Hafiz Hacıyev çətin durumu düşüb.
Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, səs vermək üçün bülleten alarkən, onun şəxsiyyət vəsiqəsinin üstündə olmadığı aydın olub. Hafiz Hacıyev pasportunu avtomobildə unutduğunu bildirib. O, köməkçisini şəxsiyyət vəsiqəsini gətirmək üçün göndərsə də, bir neçə dəqiqədən sonra Hafiz Hacıyevin məntəqəyə gələrkən şəxsiyyət vəsiqəsini unudub evdə qoyduğu məlum olub.
Yarım saatdan sonra yenidən məntəqəyə qayıdan Hafiz Hacıyev səsvermədə iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00