Sergey Lebedev: Seçkiləri müsbət təəssüratlar yaradır

Müstəqil Dövlətlər Birliyinin icra katibi Bakıda və şəhərdən kənarda 13 seçki məntəqəsində olub

"Azərbaycanda keçirilən prezident seçkiləri müsbət təəssüratlar yaradır". Bu sözləri AzərTAc-a müsahibəsində Azərbaycanda prezident seçkilərini müşahidə edən missiyanın rəhbəri, Müstəqil Dövlətlər Birliyinin icra katibi Sergey Lebedev bildirib.
İcra katibi bildirib ki, o,Bakıda və şəhərdən kənarda 13 seçki məntəqəsində olub. "Demək istərdim ki, seçkilərə hazırlıq işləri yaxşı olub və bu da səsvermənin gedişatına müsbət təsir edib. Seçki məntəqələri rahat və texniki cəhətdən yaxşı təchiz olunmuş binalarda yerləşir. Təbii ki, bunun da məntəqələrin işinə təsiri müsbət olub".
İcra katibi bildirib ki, seçicilər öz adlarını siyahılarda asanlıqla tapa bilirdilər. Adları olmayanlar isə əlavə siyahıya alınmışlar və onların səsvermə hüququ təmin edilmişdir: "Biz hamımız seçki məntəqələrinin işində nizamın olmasının şahidi olduq. Eyni zamanda, seçicilərlə də görüşdük, onların fikirlərini öyrəndik. Seçicilərin fikirləri isə müsbət idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00