Məzahir Pənahov Seçki Məcəlləsinin pozulması hallarından danışıb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bəzi seçki məntəqələrində Seçki Məcəlləsinin ciddi şəkildə pozulması hallarının baş verdiyini bildirib.
AZADİNFORM xəbər verir ki, o , belə halların təxribat xarakteri daşıdığını deyib: "Cəbrayıl rayon 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 29 saylı məntəqəsində məşvərətçi, "Azadlıq" qəzetinin əməkdaşı Əliyev Xəqani 120 saylı Cəbrayıl-Qubadlı dairəsində seçicilərin seçki məntəqəsinə gəlişini əngəlləməyə çalışıb və seçki bülletenlərini seçki qutusuna atmağa mane olmağa çalışıb. Ağdaşda bir nəfər özünü mətbuat işçisi kimi təqdim edərək seçki məntəqəsinə daxil olub. Amma sənədləri yoxlanıldıqdan sonra məlum olub ki, KİV nümayəndəsi deyil".
Zərdabda AXCP rayon təşkilatının sədri İskəndərov Yaşar seçki məntəqəsində icazəsiz çəkiliş aparması seçicilər tərəfindən narazılıqla qarşılanıb. Yenə Zərdabda bir mobil telefonu ilə çəkiliş aparmağa cəhd göstərib. Bundan başqa Zaman adlı şəxs də qeyri-qanuni çəkiliş aparmağa cəhd edib. Bu halların hər biri seçicilər tərəfindən naraazılıqla qarşılanıb və həmin şəxslər seçki məntəqəsindən uzaqlaşdırılıb".
"Əli Çingiz Soltan adlı şəxs seçki qutusunda bülletenlərinin sayının çox olduğunu bəhanə gətirərək seçki bülletenlərinin sayılmasını tələb edib. Bu hal qanuna ziddir. Çünki heç bir kəs seçkini saxlaya bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00