Türkiyəli deputatlar seçici aktivliyindən razı qalıblar
9 Oktyabr 2013 20:15 SiyasətMillət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda keçirilən prezident seçkilərini izləmək üçün qardaş Türkiyədən gəlmiş Türkiyə Böyük Millət Məclisinin qadın millət vəkilləri ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, parlamentarilər arasında maraqlı fikir mübadiləsi olub. Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanda keçirilən prezident seçkilərini izləmək üçün Azərbaycana gəldiklərini deyən türkiyəli parlamentarilər görüş zamanı seçicilərin aktivliyi, səsvermə prosesi yüksək səviyyədə təşkil olunmasını müsbət hal kimi vurğulayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00