Millət vəkili seçkilərdən danışdı

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Türkiyənin tanınmış İhlas(İHA) və Doğan(DHA) xəbər agentliklərinə bu gün keçirilən prezident seçkiləri ilə bağlı müsahibə verib. "OLAYLAR"-ın xəbərinə görə, deputat seçki prosesi ilə bağlı onları maraqlandıran bir sıra sualları cavablandırıb. Müsahibədə seçicilərin aktivliyi, səsvermə prosesi yüksək səviyyədə təşkil olunması vurğulanıb. Millət vəkili Qənirə Paşayeva deyib ki, seçki məntəqəsində olarkən çox yüksək seçici aktivliyi ilə qarşılaşıb: " Özüm səs vermək üçün xeyli növbə gözləməli oldum. İnsanların əhval-ruhiyyəsi də çox yüksək idi. İnsanlar səs verməyə yüksək əhval-ruhiyyə ilə gəlmişdilər. Seçki məntəqəsində də bütün işlər yüksək səviyyədə təşkil olunmuşdu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00