Slovakiya parlamentinin üzvü: "Seçki komissiyaları və məntəqələrində təşkilatçılıq yüksək səviyyədə idi"
9 Oktyabr 2013 19:49 SiyasətAzərbaycanda seçki komissiyaları və məntəqələrində təşkilatçılıq yüksək səviyyədə idi.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanda prezident seçkilərini müşahidə edən Slovakiya parlamentinin üzvü Olqa Naçtmanova deyib:
"Mən seçkilərdə heç bir maneçilik müşahidə etmədim. Seçki komissiyaları və məntəqələrində təşkilatçılıq yüksək səviyyədə idi. İnsanlar sərbəst şəkildə gəlib səslərini istədikləri namizədə verirdilər. Seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsinin şahidi olduq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00