ABŞ-da Azərbaycan vətəndaşları səs verməyə başlayıblar
9 Oktyabr 2013 19:41 Siyasət9 oktyabr - Azərbaycan Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq, Azərbaycanın ABŞ-dakı səfirliyində Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq yaradılmış 15 saylı Yasamal birinci seçki dairəsi üzrə 38 saylı seçki məntəqəsi yerli vaxtla saat 08:00-dan etibarən qapılarını seçicilərin üzünə açıb.
Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, artıq ilk seçicilər öz konstitusion hüquqlarından istifadə edərək, səsvermə prosesində iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00