Növbəti "Exit-poll"un nəticələri açıqlandı
9 Oktyabr 2013 18:46 Siyasət"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi 9 oktyabrda 306 seçki məntəqəsi olmaqla, 34 seçki dairəsində müstəqil "Exit-poll" tədqiqatı aparır. Regionlar üzrə "Exit-poll"un nəticələri saat 17.00 üçün aşağıdakı kimidir:
Exit-poll tədqiqatının nəticələrinə görə:
İqbal Ağazadə - 5 %
İlham Əliyev - 60 %
Araz Əlizadə - 1 %
Hafiz Hacıyev - 0 %
Qüdrət Həsənquliyev - 0 %
Cəmil Həsənli - 30 %
İlyas İsmayılov - 1 %
Fərəc Quliyev - 1 %
Sərdar Məmmədov - 1 %
Zahid Oruc - 1 %
Exit-poll tədqiqatından imtina edən olmayıb.
Respondentlərin ən kiçiyinin 21, ən böyüyünün isə 71 yaşı olub.
Sorğuda iştirak edənlərin 5% ibtidai təhsilli, 12% natamam orta, 42% orta, 10% orta ixtisas, 9% natamam ali və 22% ali təhsilli respondentlər təşkil edib.
Respondentlərin 79,5% 2008-ci il prezident seçkilərində iştirak etdiyini, 20,5% iştirak etmədiyini bildirib.
Seçki günü verdikləri səslərin düzgün hesablanmasına respondentlərin 70% inandığını, 26% inanmadığını, 4% isə dəqiq deyə bilməyəcəyini qeyd edib.
"Seçdiyiniz namizədə səs vermək qərarına nə vaxt gəlmisiniz" sualına 68% onun namizədliyini irəli sürməsi barədə bilən kimi, 30% seçkiqabağı kampaniya zamanı, 0,5% son həftə ərzində, 0,5% dünən, 1% bu gun seçki məntəqəsində cavablarını veriblər.
Respondentlərin 5% namizədin həmyerlisi olduğuna görə, 38% siyasi platformasına görə, 33% həmişə eyni namizədə səs verdiyinə görə, 3% eyni partiyanın namizədi olduğu üçün, 10% namizədin işgüzar və təcrübəli olmasına görə, 11% başqa səbəblərə görə səs veriblər.
Respondentlər arasında dövlət işçisi 23%, özəl sektor işçisi 24%, tələbə 10%, hərbçi 4%, təqaüdçü 5%, işsiz 19%, evdar qadın 5%, fərdi təsərrüfatçı 10% təşkil edib.
"Exit-poll" tədqiqatlarının nəticələrinə görə seçici aktivliyi 68% təşkil edib və seçicilərin seçki məntəqələrinə gəlməsi üçün inzibati resurslardan geniş istifadə edilib.
"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi "Exit-poll" keçirmək məqsədilə qeydiyyata alınmaq üçün sənədləri qanuna müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına təqdim etsə də, MSK təşkilatı qeydə almaqdan imtina edib. Təşkilat Apellyasiya və Ali Məhkəməyə şikayət etsə də MSK-nın qərarı qüvvədə qalıb. Buna baxmayaraq, nəzərdə tutulan məntəqələrdə "exit-poll" tədqiqatı aparılır. Sorğuların aparılmasında hər məntəqə üzrə 2 intervüer iştirak edir və "Exit-poll" sorğuları səsvermədə iştirak edən hər 5 nəfər seçicidən biri olmaqla keçirilir. "Exit-poll"un nəticələri hər 2 saatdan bir ictimaiyyətə açıqlanacaq. OLAYLAR